8 Fevral 2022 14:41
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynanı işğal edərsə, Çin müəyyən qədər bunun bədəlini ödəyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanı işğal edərsə, böyük sanksiyalarla üzləşəcək və Çin də bundan əziyyət çəkəcək. Çin iqtisadiyyatının təbii olaraq bundan təsirlənəcəyini bildirən Sallivan Pekinin Rusiya ilə münasibətlərində bunu nəzərə alaraq hərəkət etməli olduğu barədə xəbərdarlıq edib.

“İnanırıq ki, Pekin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı xərclərin bir hissəsini öz üzərinə götürəcək və növbəti bir neçə həftə ərzində Rusiya hökuməti ilə münasibətlərini qiymətləndirərkən bunu nəzərə almalıdır”, - Sallivan söyləyib.

Rusiyaya qarşı sanksiyaların birbaşa Çinə təsir edə biləcəyini deyən Sallivan bildirib: “Çünki sanksiyalar Rusiyanın maliyyə sisteminə yönələcək və bu, təbii ki, Çin iqtisadiyyatına da təsir edəcək”.

Sallivan həmçinin deyib ki, Çin Rusiyaya tətbiq ediləcək sanksiyalar nəticəsində yaranacaq iqtisadi itkilərə hazır deyil. O, Çinin bunu anlayacağına inandığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər