9 Fevral 2022 10:28
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ukraynaya inkişaf proqramları üçün 200 milyon avro kredit və 1 milyard avro maliyyə zəmanəti verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna hökuməti məlumat yayıb.

“Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi Ukrayna hökumətinə 200 milyon avro kredit, eləcə də 1 milyard avro maliyyə zəmanəti verəcək. Bu zəmanətlər çərçivəsində dövlətimiz Fransa banklarından güzəştli şərtlərlə kreditlər ala biləcək”, - açıqlamada deyilib.

Məlumata görə, əldə edilən vəsaitlər Fransa tərəfi ilə razılaşdırılmış konkret layihələrə xərclənə bilər.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Fransanın ölkəyə 1.2 milyard avro makromaliyyə yardımı göstərəcəyini, bunun iqtisadiyyatın sabitləşməsinə kömək edəcəyini açıqlamışdı.

Fransa Prezidenti Emmanuel Makron fevralın 7-də Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. O, Rusiyadan Ukraynaya uçub, Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər