11 Fevral 2022 08:05
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Ukraynaya göndərilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Bayden əlavə edib ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya Amerika qoşunları göndərilməyəcək: “Əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq”.

Bayden Ukraynadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb: “Amerika vətəndaşları indi getməlidir”.

O, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşəcəyi təqdirdə amerikalılara zərər verəcək hərəkətlərdən qaçmaq üçün kifayət qədər ağıllı olduğuna əmin olduğunu bildirib.

ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Amerika vətəndaşları mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər