Əlavə 3000 ABŞ hərbi qulluqçusunun gələn həftənin əvvəlinə qədər Polşada yerləşdirilməsi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bunu TASS agentliyinə Pentaqonun yüksək rütbəli nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Müdafiə Naziri Lloyd Ostin bu gün ABŞ-ın 82-ci Hava Desant Diviziyasından daha 3000 əsgərin Polşaya göndərilməsi göstərişini verib.
"Onlar yaxın bir neçə gün ərzində Şimali Karolina ştatında yerləşən Fort Braqq bazasını tərk edərək təyinat nöqtəsinə yola düşəcəklər.
Mənbə, əlavə ABŞ qüvvələrinin Polşaya müvəqqəti yerləşdiriləcəyini vurğulayıb.