Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 276 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 419 min 556 nəfərin test edildiyi, 73 min 787 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 70 min 169 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.