14 Fevral 2022 11:57
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı gərginlikdən danışarkən Rusiya lideri Putinin cəsarətlənməsinin səbəblərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tramp ABŞ-ın Əfqanıstandan xaotik şəkildə çıxmasını prezident Vladimir Putini cəsərtləndirdiyini bildirib.

Tramp deyib ki, Putinlə çox yaxşı anlaşdığına baxmayaraq heç kim Rusiyaya qarşı onun qədər sərt olmayıb:

“Düşünürəm ki, Putin daha çox iddialı olub. Putin bir müddət danışıqlar aparmaq istədi, amma sonra ABŞ-ın Əfqanıstandan inanılmaz dərəcədə, uğursuz bir şəkildə öncə ordunu çıxarıb, sonra 85 milyard dollar dəyərində texnikanı Talibanın istifadəsinə buraxdığını izlədi. Düşünürəm ki, Putin bunu izlədikdən sonra cəsarətləndi. Bu şok effekt yaratdı, çünki belə bir şeyin olmaması lazım idi”.

Rusiya Prezidenti Vladimir Putin haqqında danışan Tramp bunları da qeyd edib:

“Onu çox yaxşı tanıyıram. Boru xəttini bağladım, hamıdan çox ona sanksiya tətbiq etdim. Heç kim Rusiyaya qarşı mənim qədər sərt davranmayıb, ancaq Putinlə çox yaxşı anlaşırdım, bir-birimizə hörmət edirdik”.


Müəllif: Nemət