18 Fevral 2022 09:50
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya qarşı mümkün iki mərhələli işğal planını yayımlayıb.

Teleqraf.com xəbər verir ki, məlumat nazirliyin Tvitter hesabında “kəşfiyyat məlumatlarının yenilənməsi” başlığı ilə paylaşılıb.

Paylaşımda Rusiyanın bəzi bölmələrinin təlimlər başa çatdıqdan sonra bazalara qayıdacağı iddia edilib: “Rus qüvvələrinin Ukrayna ilə sərhəd bölgələrindən geri çəkildiyinə dair heç bir dəlil görmədik. Rusiya xəbərdarlıq etmədən işğal edə bilər”.

Açıqlamada Rusiyanın bölgədə mühüm hərbi varlığını saxladığı iddia olunub və mümkün işğal planının xəritəsi dərc edilib.

Bu plana görə, rus ordusu birinci mərhələdə şimaldan - Belarusdan paytaxt Kiyevə iki fərqli nöqtədən hücum olunacaq. Bu bölmələrə Rusiya ərazisində yerləşən hərbi qüvvələr də dəstək verəcək.

Şərqdən isə rus qüvvələri iki fərqli nöqtədən separatçı bölgələrdən – Donbasdan keçərək daxilə doğru irəliləyəcək. İşğal altındakı Krımda yerləşdirilən rus hərbi qüvvələrinin də dəstəkləyəcəyi əməliyyatın məqsədi Dnepr şəhərini ələ keçirmək olacaq.

İkinci mərhələdə isə rus ordusu Dneprdən Moldovanın 130 kilometrliyindəki Vinnitsya şəhərinə, Krımdan isə strateji əhəmiyyətli Qara dəniz liman şəhəri Odessaya qədər irəliləyəcək. Bununla belə, bildirilib ki, Prezident Vladimir Putin müharibədən qaçmağı və sülhü seçə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər