22 Fevral 2022 00:50
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur”.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq özünün tviterdəki hesabında yazıb.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, - NATO rəhbəri əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər