22 Fevral 2022 09:41
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın beynəlxalq sərhədləri Rusiyanın bəyanatlarından asılı olmayaraq olduğu kimi qalacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gecə xalqa müraciəti zamanı deyib.

Rusiyanın verdiyi qərarın dövlətin bütövlüyünü pozduğunu deyən Zelenski bəyan edib ki, bu qərarın nəticələrinə görə bütün məsuliyyət Rusiyaya məxsusdur: “Ukraynanın özünü müdafiə etmək hüququ var. Heç kimə heç nə verməyəcəyik”.

Zelenskinin açıqlamalarında diqqət çəkən məqamlar bunlardır: “Rusiyanın bəyanatlarından asılı olmayaraq Ukraynanın beynəlxalq sərhədləri olduğu kimi qalacaq. Rusiyanın hərəkətləri ölkəmizin ərazi bütövlüyünün pozulmasıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər