Rusiya Luqansk və Donetsk xalq "respublikalarını" tanıdıqdan sonra Ukrayna öz suverenitetini müdafiə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Aleksey Reznikov “Tvitter”də yazıb.
“Kreml özünü elan edən “DXR/LXR”-i tanımadı - Kreml Ukraynaya qarşı özünün təcavüzünü tanıdı. Biz özümüzə inamlı və sakitik. Biz özümüzü və suverenliyimizi müdafiə etməyə hazırıq və qadirik. Dünya səssiz qala bilməz. Sanksiyalar? Divarda daha bir kərpic? Yeni Berlin divarı?”, - deyə Ukraynanın müdafiə naziri yazıb.
Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl bildirib ki, Kiyev Donbas respublikalarının Rusiya tərəfindən tanınmasını Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.