Rus ordusu Luqansk vilayətində iki kəndi ələ keçirib, Lutskda teleqülləni partladıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilir ki, Dnepropetrovsk, Xmelnitski və Vinnitsa vilayətlərində hərbi hissələr və anbarlar yanır. Luqansk vilayətinin Qorodişçe və Melovoye kəndləri rusların əlinə keçib.
Xatırladaq ki, bu gün səhər saat 5:00-da Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynanın dövlət sərhədi boyu ərazisini və yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa başlayıb.