Ukrayna Boğaziçi və Çanaqqala boğazlarını Rusiya gəmilərinin üzünə bağlamaq üçün Türkiyəyə rəsmi müraciət edib.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib.
“Hazırda ən vacib məsələ Ukraynanı dəstəkləməkdir. Mən Türkiyə xalqına və Türkiyə hakimiyyətinə müraciət edirəm ki, Ukraynaya kömək etsinlər. Rusiya döyüş gəmiləri üçün Boğaziçi və Çanaqqala keçidlərini bağlamağa çağırırıq. Türkiyə tərəfinə rəsmi sorğu göndərilib”, - Bodnar bildirib.