26 Fevral 2022 12:19
2 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova İnstaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Peskovun Ankarada anadan olan 24 yaşlı qızı Yelizaveta bu paylaşımı ilə Rusiyada gündəm olub.

Türklərə simpatiyası ilə seçilən Peskova Rusiyanın Ukraynaya hücumuna qarşı çıxıb və “Müharibəyə yox” paylaşımını edib. Amma qısa müddət sonra bu postu silib.

Peskova bundan əvvəl Türkiyə ilə bağlı paylaşımıyla gündəmə gəlmişdi:

“Mənim üçün Rusiya qədər Türkiyə də vətənim sayılır. Mən Ankarada doğulmuşam, həyatımın ilk illərini orada keçirmişəm. Atam və babam türkoloqdur və mən də Moskva Dövlət Universitetində türk dilində öyrənirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər