ABŞ və Böyük Britaniya da daxil olmaqla 28 ölkə Ukraynaya əlavə silah, tibbi ləvazimat və hərbi yardımla bağlı razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, 28 ölkə Ukraynaya əlavə silah, tibbi ləvazimat və hərbi yardımla bağlı razılığa gəlib.
Ukraynaya sursat, tank əleyhinə silahlar və hava hücumundan müdafiə vasitələri kimi yardımlarla yanaşı, tibbi ləvazimatlar da göndəriləcək.
Yardımın Ukraynanın qərbindən orduya çatdırılması nəzərdə tutulub.