Ukraynanın Dnepr şəhərində polis bir qrup diversantı saxlayıb.
Teleqraf.com xəbər verir ki, saxlanılan diversantlar 22-29 yaşlı şəxslərdir.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları qondarma DXR vətəndaşının pasportunu, Donetsk vilayətindən olan vətəndaşa məxsus saxta pasportu, sim kartları, Rusiya Federasiyasına məxsus bank və ödəniş kartlarını, paltarları müsadirə ediblər”,- Ukrayna Milli Polisinin mətbuat xidmətinin məlumatında deyilir.
Həmçinin bildirilir ki, polis saxlanılanların telefonlarında hərbi obyektlərin fotoşəkilləri və digər maddi sübutlar aşkar edib.
Saxlanılan şəxslər növbəti istintaq hərəkətlərinin aparılması üçün xüsusi xidmətə təhvil verilib.