“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı böhrandan çıxmaq üçün Moskva və Kiyevlə təmaslarını davam etdirir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“Prezident böhrandan çıxmaq üçün hər iki tərəflə təmasları davam etdirir. Bu gün də təmaslar planlaşdırılır”, - Çelik qeyd edib.