İranın sabiq prezidenti Mahmud Əhmədinejad Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.
Əhmədinejad Ukrayna Prezidenti Vladimir Zelenskinin bu müdaxiləyə misilsiz müqavimət göstərdiyini bildirib: “Böyük Ukrayna xalqı! Prezident Zelenski - sizin şərəfli və misilsiz müqavimətiniz bəşəriyyətin düşmənlərinin şeytani hiylələrini üzə çıxardı. İnanın ki, böyük İran xalqı bu qəhrəmanlıq əzminizə heyrandır və yanınızdadır”.
Eks-prezident bundan əvvəl ABŞ və Rusiyanın Ukrayna məsələsində koordinasiyalı fəaliyyət göstərdiyini iddia edib.
“Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ Vladimir Zelenski və ailəsinin xaricə təhlükəsiz çıxışını təklif etdi. O, buna mənfi cavab verdi. Bu, ABŞ və Rusiya arasında əvvəlcədən planlaşdırılmış ssenarinin həyata keçirilməsində koordinasiyadan xəbər vermirmi?”