Müharibənin getdiyi səkkiz gün ərzində Kiyevdə 400-ə yaxın körpə doğulub. Paytaxtda xəstəxanalar, doğum evləri açıqdır.
Teleqraf.com xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko deyib.
O qeyd edib ki, Kiyev müdafiəyə hazırlaşmağa davam edir. Küçələrdə daha çox nəzarət məntəqələri, məhdudlaşdırıcı bloklar və tank əleyhinə kirpilər var. “Şəhər xəstəxanaları lazım olan hər şeylə təmin olunub. Onlar işləyir. Həkimlər döyüş növbətçiliyindədir. Paytaxtın doğum evləri də işləyir və son 8 gündə Kiyevdə 390 körpə doğulub: 199 oğlan və 191 qız”,- Kliçko bildirib.
Qeyd edək ki, Rusiya mərmisi Kiyev yaxınlığındakı doğum evinə düşüb. Həmçinin Mariupol şəhərində doğum evi atəşə tutublar.