Rusiya Ordusu Ukraynanın Xarkov şəhərində eksperimental nüvə qurğusunun yerləşdiyi Xarkov Fiziki-Texniki İnstitutunun Milli Elmi Mərkəzini atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkovdakı İdarəsi “Facebook” səhifəsində məlumat yerləşdirib.
Elmi Mərkəz “Qrad” qurğularından atəşə tutulub. Qeyd edilib ki, 37 nüvə yanacağı elementinin yükləndiyi eksperimental nüvə qurğusunun və nüvə materiallarının anbarının dağılması geniş miqyaslı ekoloji fəlakətə yol aça bilər.