7 Mart 2022 11:00
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Ukraynaya yardım məqsədilə əlavə 100 milyon ABŞ dolları ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Vəsait Ukraynanın dövlət büdcəsinə Rusiya ilə bağlı vəziyyətin yaratdığı maliyyə təzyiqini azaltmaq üçün ayrılacaq və dövlət sektorunda çalışan işçilərin maaşlarının ödənilməsi, sosial müdafiə şəbəkəsinin dəstəklənməsi və pensiyaların ödənilməsi üçün istifadə oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər