Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən bankların fəaliyyəti və ya onların SWIFT sisteminə çıxışının məhdudlaşdırılması sahəsində məhdudiyyətlərin artırılmasına dair çağırış edib.
Bu barədə Teleqraf.com xəbər verir ki, Conson sanksiyalarla bağlı daha çox iş görməli olduqlarını deyib: "Biz daha çox şey edə bilərik və bunu etməliyik”.
“Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”, - B.Conson söyləyib.