Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri hazırlanır.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, bundan öncə KİV-də N.Paşinyanın Rusiyaya aprelin 9-da səfər edəcəyinə dair məlumat yayılıb.
“Səfər hazırlanır”, - deyə D.Peskov vurğulayıb.