10 Mart 2022 14:05
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz atəşkəs rejiminin əldə olunmasına nail ola bilmədik.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla Antalyada keçirilən görüşündən sonra mətbuat konfransı zamanı bildirib.

"Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım", - deyə qeyd edib.

Ukraynanın xarici işlər naziri həmçinin, S.Lavrovla danışıqların çətin keçdiyini bəyan edib.

O, görüş zamanı S.Lavrovla humanitar dəhlizlərin açılması və atəşkəs məsələlərinin müzakirə olunduğunu vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər