Rusiya Federasiyası Ukraynanın neytral olmasını, onun təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olmasını istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Antalyada ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi görüşdən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bilirib.
“Rusiya NATO-nun alyansın genişləndirilməsi məsələlərində Moskvanın maraqlarını nəzərə almaqdan imtinasını qəbuledilməz hesab edir”, - deyə o qeyd edib.