Vladimir Putin və Vladimir Zelenskinin görüşünün mümkünlüyünü heç kim istisna etmir, lakin nəticə üçün əvvəlcədən nümayəndə heyətləri və nazirlər dövlət başçıları elə etməlidirlər ki, dövlət başçıları nəticə naminə görüşsünlər, görüş xatirinə yox.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Heç kim Putinlə Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir. Bəli, bu, həqiqətən də konseptual olaraq mümkündür. Amma ilk növbədə, həm nümayəndə heyətləri, həm də nazirlər öz üzərinə düşəni etməlidirlər ki, prezidentlər proses naminə və xatirinə görüşməsinlər, nəticə naminə görüşsünlər”, - deyə Peskov vurğulayıb.
“Rusiya tərəfinin mövqeyi məlumdur, o aydın şəkildə ifadə olunub və Ukrayna danışıqlarının iştirakçılarının diqqətinə çatdırılıb, biz qarşılıqlı mülahizələri gözləyirik", - Peskov vurğulayıb.