İsrail sərhədçiləri bu gün Qəzza sektorunun şimalında Fələstin vətəndaşını güllələyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Xəbərə görə, bu, avqustda əldə olunan atəşkəs razılaşmasından sonra ilk belə hadisədir.
Hadisə Cebaliyyə düşərgəsinin şərqində baş verib. İlkin məlumata görə, 30 yaşlı Qəzza sakini bazarda baha qiymətə satılan quşları ovlamaq üçün İsraillə sərhəd əraziyə gedib. Həmin quşlar yalnız bu ərazidə məskunlaşır.
İsrail ordusu hələlik bu xəbəri şərh etməyib.
Nihad