17 Mart 2022 13:00
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilk növbədə Ukrayna hərbçilərinə tanış olan hava hücumundan müdafiə sistemlərini Kiyevə verməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Ağevin mətbuat katibi Cen Psaki deyib.

Ağ Evin rəsmisi əlavə edib ki, ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı məsləhətləşmələri gizli saxlayacaq.

Bundan əlavə, Ağ Ev bu silahların yerini açıqlamaq niyyətində deyil.

“Biz bu danışıqları gizli saxlamaq niyyətindəyik. Bbir neçə tərəfdaşımızla məsləhətləşirik”, - Psaki bildirib.

Psaki onu da əlavə edib ki, ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil və bu, III Dünya müharibəsinə gətirib çıxara bilər.

O qeyd edib ki, Birləşmiş Ştatlar hələ də Polşanın Ukraynaya MiQ-29-un verməsinin effektiv addım olmayacağını, əksinə Ukraynada vəziyyətin gərginləşməsinə səbəb olacağına inanır.

Bundan əvvəl CNN məlumat verib ki, ABŞ və onun NATO müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini Ukrayna səmasını Rusiyanın qanadlı raketlərindən qoruyacaq hava hücumundan müdafiə sistemləri ilə təmin ediblər.

Söhbət sovet dövründən qalma zenit-raket sistemlərindən gedir: “Wasp” (NATO təsnifatı – SA-8), S-300 sistemləri (SA-10, SA-12) və daşınan “Arrow-3” zenit-raket kompleksləri.


Müəllif: Nemət

Oxşar xəbərlər