18 Mart 2022 17:26
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunlarının Kiyevə genişmiqyaslı işğalı başlayandan indiyədək 60-ı dinc sakin olmaqla 222 nəfər həlak olub. Onların arasında dörd uşaq da var.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev şəhər dövlət administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik brifinqdə bildirib.

“Bütün bu müddət ərzində şəhərdə 241-i mülki olmaqla 889 nəfər yaralanıb, o cümlədən: 18 uşaq, üç təcili tibbi yardım maşını sürücüsü, bir təcili yardım həkimi”, - Povoroznik bildirib.

Əlavə edib ki, paytaxtda 36 ev, 5 şəxsi mülk, 6 məktəb və 4 uşaq bağçasına ziyan dəyib. 55 evin fasadı, eyvanları və pəncərələri zədələnib.


Müəllif: Nemət

Oxşar xəbərlər