18 Mart 2022 20:13
3 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibənin qızğın mərhələsinin başa çatacağı vaxt açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib.

Onun sözlərinə görə, müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır:

"Kiyev, Xarkov, Sumı yaxınlığında döyüşlər başa çatıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi əməliyyatı da uduzacaqlar. Fikrimcə, Kiyev sakinlərindən çıxıb gedənlər aprelin ortalarında və ya sonunda evlərinə qayıda biləcəklər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər