Ukrayna hakimiyyəti dövlətin Avro-Atlantik istəkləri ilə bağlı ifadələri müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
Spiker Ukraynanın Avro-Atlantik inteqrasiyası baxımından Konstitusiyanın dəyişdirilməsinin mümkünlüyünü bildirib.
“Avro-Atlantik inteqrasiyaya gedən yol Ukrayna Konstitusiyasında təsbit olunduğu üçün biz bu sahədə çox yüksək səviyyədə legitimliyə malikik”, - Ali Radanın sədri bildirib.
Stefançuk vurğulayıb ki, Ukrayna üçün vacib olan bu razılaşmaların nəticələrinə əsasən, ilk növbədə təhlükəsizliyi bərpa etmək və dövlətin fəaliyyətinin təhlükəsizliyinə təminat almaqdır.