22 Mart 2022 00:22
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin Rusiya ordusunun Ukraynadakı işğalı davam etdiyi vaxtda “Qiyamət günü”nə, yəni nüvə müharibəsinə hazırlaşır. O, bu məqsədlə mümkün nüvə müharibəsində təxliyə planı üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” qəzeti rəsmi mənbələrə istinadən yazıb.

Putinin paranoyadan əziyyət çəkdiyi və bir sıra digər sağlamlıq problemləri ilə mübarizə apardığını bildirən mənbə Rusiyanın Ukraynadakı can itkisinin Kiyevin təxminlərindən də çox olduğunu bildirib. Keçmiş Rusiya kəşfiyyatçısı olduğu bildirilən bir şəxs inglis nəşrinə deyib ki, Rusiya lideri adətən qəzəbini ən yaxın adamlarından çıxarır, ailəsi və uşaqları ilə çox danışmır.

Məqalədə Putinin nüvə təlimi keçirməsi tələbinin ordu komandanlığını təəccübləndirdiyi və bu tələbin Rusiya liderinin nüvə müharibəsinə hazırlaşdığına dair narahatlığı artırdığı qeyd edilib.

Nəşrin iddiasına görə, Putin ailəsini nüvə müharibəsindən qorumaq üçün Sibirdəki gizli yeraltı şəhərə göndərib. Putin Ukraynaya qarşı hərbi əməliyyata əmr verdikdən sonra ölkədəki nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Rusiya ordusu ötən gün nüvə silahı daşıya bilən “Kinjal” hipersəs raketi ilə Ukraynadakı hərbi obyekti vurduğunu açıqlayıb.

Həmçinin Rusiya rəhbərliyinin mümkün nüvə müharibəsinə hazırlaşmaq üçün Putini və elitanın digər üzvlərini daşıyacaq “uçan Kremllər” adlandırılan şəxsi təyyarələr hazırladığı, amma bu “uçan bunkerlər”in hələlik hazır olmadığı deyilib. Mənbənin sözlərinə görə, Rusiya liderinin səhhəti yaxın çevrəsində böyük narahatlıq doğurur. Putinin parkinson, şizoaffektiv pozğunluq və şiş kimi ciddi xəstəliklərlə mübarizə apardığı iddiası bundan əvvəl Kreml tərəfindən rədd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər