"Avropa səfərinə hazırlıq çərçivəsində PCR testi keçirdim. Testin nəticəsi müsbət olub. Bu o deməkdir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəhbərliyinə uyğun olaraq Co Baydenin Avropa səfərində iştirak etməyəcəyəm".
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.
"Peyvənd sayəsində çox yüngül simptomlarım var. Ağ Evin Kovid-19 protokollarına uyğun olaraq evdən işləyəcəyəm və 5 gündən sonra mənfi test nəticəsi alanda işə qayıdacağam" - deyə Psaki deyib.