Şimali Koreya “Hvasun-17” qitələrarası ballistik raketinin sınaqdan keçirildiyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.
Raket 4052 saniyəyə 1090 kilometr uçub, maksimum 6248 kilometr yüksəkliyə çatıb və Yapon dənizində planlaşdırılan nöqtəyə düşüb.
Bir gün əvvəl Yaponiyanın sahil mühafizəsi bildirib ki, KXDR Yapon dənizinə doğru ballistik raket atıb.
“Naməlum mərmi”nin buraxılması ilə bağlı məlumatlar Cənubi Koreya hərbçiləri tərəfindən də təsdiqlənib.
Daha sonra Cənubi Koreyanın Şimali Koreyada keçirilən sınaqlara cavab olaraq özünün qanadlı və ballistik raketlərini buraxdığı bildirilib.