Ukrayna və Rusiya nümayəndə heyətləri arasında üzbəüz danışıqların növbəti raundu 28-30 mart tarixlərində Türkiyədə baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bunu özünün "Facebook" səhifəsində Ukrayna nümayəndə heyətinin üzvü, "Xalqın xidmətçisi" parlament fraksiyasının rəhbəri David Araxamiya yazıb.
"Bu gün videobağlantı vasitəsilə danışıqların növbəti raundunda nümayəndə heyətləri arasında növbəti əyani danışıqların 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi qərara alınıb", - deyə D.Araxamiya bildirib.