Rusiya Federasiyası Ukraynadan neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər alıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.
“Danışıqlar konstruktiv keçdi. Biz Ukraynadan baxılmaq üçün təkliflər aldıq. Bu təkliflərdə onların sazişə daxil edilməsi ilə bağlı aydın şəkildə ifadə olunmuş mövqeyi əks olunub”, - deyə o jurnalistlərə bildirib.