29 Mart 2022 19:46
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xerson vilayətində Qolaya Pristan şəhərinin meri Aleksandr Babiçin rusiyalı hərbçilər tərəfindən qaçırılması faktı üzrə məhkəmə icraatına başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, martın 28-də Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Babiçi odlu silahla hədələyərək qaçırıblar və hazırda girov kimi saxlayırlar.

Qurumdan əlavə ediblər ki, hazırda hadisənin baş vermə şəraiti və hadisədə iştirak edən şəxslərin müəyyən edilməsi üzrə bütün mümkün və müvafiq tədbirlər görülür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər