Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada sonadək getməklə bağlı “Təqvimdə Stalinqrad yoxdur və olmamalıdır” çağırışını şərh edib.
Teleqraf.com xəbər verir ki, D.Peskov deyib:
“Bizim təqvimimizdə heç bir Stalinqrad yoxdur və olmamalıdır. Ən əsası isə burada emosiyalara yer olmamalıdır. Danışıqlarla peşəkarlar məşğuldur, onlara etibar etmək lazımdır. Rusiya tərəfinin mövqeyi yaxşı məlumdur, o məntiqlidir, möhkəm təməli var və bu mövqe dəyişməyib”.
“İşləməyə davam edirik, emosiyaları isə gəlin dost olmayanlara buraxaq”, - o əlavə edib.