ABŞ ordusunun daha bir batalyonu Litvada yerləşdiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Litva müdafiə naziri Arvidas Anusauskas açıqlama verib.
Onun sözlərinə görə, aprelin sonu və ya mayın əvvəlində yeni batalyon gələcək.
Nazir qeyd edib ki, əvvəllər Amerikanın yeni bölməsinin gəlməsi ilə Litvada yerləşən ABŞ ordusunun batalyonu ölkəni tərk edib, amma bu hərəkət planına regionda vəziyyətin dəyişməsi ilə düzəliş olunub. Eyni zamanda o vurğulayıb ki, yeni batalyonun gəlişindən sonra Litvada NATO-nun hərbi müttəfiqlərinin sayı rekord həddə çatacaq.
Anusauskas bundan əvvəl ABŞ-ın Rusiyanı cilovlamaq üçün Litvada əlavə zirehli batalyon yerləşdirəcəyini açıqlamışdı.