31 Mart 2022 08:45
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın XİN başçısı Annalena Burbok bildirib.

Nazir ölkəsinin hazırkı vəziyyətdə Ukraynanı tam, o cümlədən sülh danışıqları kontekstində dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında rəsmi Berlinin lazım gələrsə, Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə hazır olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər