26 Noyabr 2014 09:14
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar artaraq 74,14 dollar təşkil edib.

Teleqraf.com-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar bahalaşaraq 78,49 dollar olub.

Analitiklər neftin qiymətindəki artımı OPEK-in noyabrın 27-də keçiriləcək iclasından gözləntilər ilə əlaqələndirir. Belə ki, sabah baş tutacaq iclasda kartelin neft hasilatının azaldılması ilə bağlı qərar verəcəyi gözlənilir.


Müəllif:

Oxşar xəbərlər