26 Noyabr 2014 09:21
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Oscar mükafatçısı, 65 yaşlı aktrisa Meril Stripə eşq elan edib.

Publika.az-ın məlumatına görə, Obama, ABŞ-da vətəndaşlara verilən ən yüksək şərəf nişanı olan Prezident Azadlıq Medalı mükafatının təqdimetmə mərasimində səhnəyə çıxaraq aktrisanı sevdiyini deyib.

"Hər kəsin qarşısında bəyan edirəm. Meril Stripi sevirəm. Ona aşiqəm. Onu sevdiyimi əri də bilir, Mişel də bilir və bu heç vaxt bizim evimizdə mübahisəyə səbəb olmayıb", - deyə Obama bəyan edib.


Qeyd edək ki, Meril Strip 1978-ci ildən heykəltəraş Don Gummer ilə evlidi. Cütlüyün dörd uşağı var.


Obama'dan Oscar'lı Oyuncuya İlan-ı Aşk haberler


Müəllif: