“Ukraynadakı hadisələr Qafqaza köçürülür”.
Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Latviya xarici işlər naziri Edqars Rinkeviçs Gürcüstana səfəri zamanı Moskva ilə Suxumi arasındakı sazişin imzalanmasını şərh edərək deyib. Onun sözlərinə görə, Latviya həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib: “Biz artıq Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq hüquq normalarını pozan müqavilənin rəsmiləşdirilməsini pisləyirik. Görürük ki, Ukraynadakı hadisələr Qafqaza gətirilir. Beynəlxalq aləm bu çağırışlara qarşı hazır olmalıdır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iki gün öncə Abxaziyanın de-fakto rəhbəri Raul Xacimba ilə müttəfiqlik və strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb.
Samir