Türkiyə ordusu Suriyanın şimalında 19 terrorçunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
PKK/YPG-nin 16 silahlısı “Zeytun budağı”, qalanları isə “Barış Pinarı” antiterror əməliyyatı zonasında məhv edilib.
Milli Müdafiə Nazirliyi Türkiyə ordusunun bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.