İtaliya Baş naziri Mario Draqi Rusiya Xarici işlər naziri Sergey Lavrovu söylədiyi fikirlərə görə tənqid edib.
Teleqraf.com xəbər verir ki, baş nazir Rusiyanın baş diplomatını “ədəbsiz” adlandırıb.
“Hesab edirəm ki, nazir Lavrovun dedikləri yanlışdır. Hitlerin yəhudi olmasına gəlincə, bu, həqiqətən də ədəbsizlikdir”, - Draqi deyib.
Lavrov bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskini Hitlerlə müqayisə edib.
Rusiyalı nazir hər ikisinin yəhudi əsilli olduğunu deyib:
“Zelenski həmişə bir arqumentə söykənir: əgər o, yəhudidirsə, necə nasist ola bilər. Səhv etmirəmsə, Hitlerin də yəhudi qanı olub. Amma bu, heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır”.