13 May 2022 12:09
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin Türkiyəyə “F-16” qırıcılarının satışına müsbət münasibəti Yunanıstanı qorxuya salıb.

Teleqraf.com xəbər verir ki, Yunanıstan Xarici işlər naziri Nikos Dendias və müxalifət lideri Aleksis Çipras “F-16”ların Türkiyəyə verilməsinin qarşısını almağa çağırış edib.

Tez-tez Türkiyəyə qarşı təhrikedici və təxribatçı açıqlamaları ilə gündəmə gələn Dendias Ankaranın xarici siyasətini “Yunanıstan üçün təhlükə” adlandırıb.

Nazir Türkiyənin ABŞ-dan “F-16” alması perspektivi ilə bağlı deyib ki, Ankaranın silah sistemlərinin səviyyəsini yüksəltməsi Yunanıstan üçün problem yaradır.

Dendias Vaşinqtona səfəri zamanı bu məsələnin müzakirə ediləcəyini bildirib.

Radikal sol “Siriza” partiyasının lideri, sabiq baş nazir Aleksis Çipras isə gələn həftə ABŞ-a səfəri zamanı Kiryakos Mitsotakisdən ABŞ Prezidenti Co Baydendən Türkiyəyə “F-16” satılmamasını istəməsini tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər