Yaponiya Rusiyaya yüksək texnologiyalı avadanlıqların ixracını qadağan edib.
Teleqraf.com xəbər verir ki, Yaponiya hökumətinin təsdiqlədiyi qadağa mayın 20-dən etibarən qüvvəyə minəcək.
Qeyd olunur ki, Yaponiyanın ixracını qadağan etdiyi yüksək texnologiyalı məhsullar arasında 3D printerlər, kvant hesablama avadanlığı, elektron mikroskoplar və neft emalı katalizatorları var.
Eyni zamanda Yaponiya hökuməti mayın 12-də Ukrayna müharibəsi səbəbindən Rusiyanın ən böyük maliyyə qurumu “Sberbank” və onun ən böyük özəl bankı “Alfa Bank”ın aktivlərini dondurub.