18 May 2022 12:20
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələri Kəşfiyyat İdarəsi rəisinin müavini və uçan naməlum obyektləri (UNO) tədqiq edən Skott Brey indiyə qədər 256-sı son bir ildə olmaqla UNO ilə bağlı 400 xəbərdarlıq aldıqlarını iddia edib.

Teleqraf.com xəbər verir ki, Brey ABŞ hərbçilərinin uzun müddətdir müxtəlif yerlərdə və vaxtlarda müşahidə edilən UNO-larla əlaqədar araşdırma apardıqlarını deyib.

“Milli Kəşfiyyat Xidmətinin ilkin hesabatı açıqlanandan bəri naməlum hava hadisələri ilə bağlı xəbərdarlıq 400-ə çatıb. Kəşfiyyatın keçən ilki hesabatında 2004-2021-ci illərdə cəmi 144 belə xəbərdarlığın qeydə alındığı qeyd olunub”, - Brey vurğulayıb.

Bir neçə il ara ilə fərqli bölgələrdə çəkilmiş iki şəkli göstərən Brey gecə görmə cihazları və xüsusi kameralarla (SLR) qeydə alınan işıqların üçbucaqlı olduğunu söyləyib.

Brey çoxlu sayda naməlum obyektlərin görüldüyünü və bunların ABŞ donanması tərəfindən də müşahidə edildiyini deyib.

Bunların bəzilərinin sensor anomaliyaları və ya fiziki olmayan bir şey ola biləcəyinə də diqqət çəkən Brey bununla belə qeyd edib ki, bunların çoxu fiziki cisimlərdir.

O, həmin naməlum obyektlərin radarlara da düşdüyünü iddia edib. Brey bu olayların Çin tərəfindən də müşahidə edildiyini vurğulayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat rəsmisi bununla bağlı məlumatları bəzi ölkələrlə bölüşdüklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu