18 May 2022 16:23
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində partlayış olub və şəhərin demək olar ki, bütün ərazilərində eşidilib.

Teleqraf.com xəbər verir ki, Ukrayna mətbuatı Rusiya qüvvələrinin şəhərdəki komendantlığının yaxınlığında qumbara partlayıb, bundan sonra “Şmidt” küçəsində atışma başlayıb.

Məlumata görə, rus qüvvələrinin komendantlığının binası mühasirəyə alınıb. Binaya yüksək rütbəli bir şəxsin gəlməyə hazırlaşdığı deyilib.

Ukraynalı partizanların şəhərə girdikləri iddia olunub. Partizanlar Melitopolda Rusiya qüvvələrinə zirehli texnika daşıyan qatarı partladıblar, dəmir yolu və texnikaya ziyan dəyib. Hücumda həlak olan Rusiya hərbçilərinin sayı bəlli deyil, amma xeyli sayda itki verdikləri bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər