Rusiyaya genişmiqyaslı hərbi müdaxilə fonunda Litva mayın 22-dən etibarən onlardan qaz, neft və elektrik enerjisini almayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
"Bu, müharibə aparan Ukrayna ilə həmrəyliyimizin ifadəsidir, biz pulumuzla Rusiya hərbi maşınının maliyyələşdirilməsinə imkan verə bilmərik", - Litvanın energetika naziri Dainius Kreivis bildirib.
Onun sözlərinə görə, ölkə sinxronizasiya uğurla başa çatdıqdan sonra tam enerji müstəqilliyinə nail olacaq və elektrik enerjisinə olan tələbatını öz yaşıl enerjisi hesabına ödəyəcək və ixrac edən dövlətə çevriləcək.
Litva ABŞ-dan qazı Klaypedadakı LNG terminalı vasitəsilə alır. Ölkə həm öz elektrik enerjisini istehlak edir, həm də Aİ ölkələrindən idxal edir.