Kanada rus oliqarxlarına qarşı əlavə sanksiyalar tətbiq edib.
Teleqaf.com xəbər verir ki, yeni sanksiya tədbirləri 14 nəfərə, o cümlədən rusiyalı oliqarxlara, onların ailə üzvlərinə və Rusiya prezidentinin yaxın adamlarına məhdudiyyətlər qoyur.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Ermak faktı təsdiqləyib.
Onun sözlərinə görə, yeni tədbirlər 14 nəfərin, o cümlədən rusiyalı oliqarxların, onların ailə üzvlərinin və Rusiya prezidentinin yaxın adamlarının məhdudlaşdırılmasını nəzərdə tutur.
Məhdudiyyətlərə Rusiyaya dəbdəbəli malların ixracına, habelə Rusiyadan idxalına qadağa daxildir.